logo name
call-center

İyulun 17-də Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirilib.

17 iyul 2026, 10:21

Nazir müavini, nazir vəzifələrini müvəqqəti icra edən Azər Məmmədrəhimov vətəndaşların müraciətlərini dinləyib, səsləndirilən məsələlərin operativ araşdırılması və həlli istiqamətində aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verib.
Vətəndaş məmnuniyyətinin təmin edilməsi, müraciətlərin operativ və şəffaf şəkildə araşdırılması məqsədilə vətəndaş qəbulları Nazirliyin təsdiq edilmiş Qəbul qrafikinə uyğun olaraq mütəmadi davam etdirilir.

ADSL və GPON