Telefoniya
| Xidmət | Tarif (AZN) |
|---|---|
| Telefon xidmətinin çəkiliş haqqı | 30.00 |
| Telefon xidmətinin aylıq abunə haqqı | 3.50 |
| Telefon nömrəsinin dəyişdirilməsi | 20.00 |
| Şəhərlərarası telefon danışıqları (1 dəq) | 0.03 |
| Beynəlxalq istiqamətdə telefon danışıqları (1 dəq) | 0.32 |
| Telefon nömrəsinin son yeddi rəqəmi eyni olduğu halda - ("AAAAAAA") | 1000 |
| Telefon nömrəsinin son altı rəqəmi eyni olduğu halda - ("CAAAAAA") | 700 |
| Telefon nömrəsi bu sxemə uyğun olduğu halda - ("AAAAAAB", "CCAAAAA", "AAAAACC") | 500 |
| Telefon nömrəsi bu sxemə uyğun olduğu halda - ("CCCAAAA", "CBBAAAA", "AAAABBB") | 300 |
| Telefon nömrəsi bu sxemə uyğun olduğu halda - ("AAABAAA", "BAAAAAB") | 100 |
| Telefon nömrəsi bu sxemə uyğun olduğu halda - ("AABBCCC", "CCCAABB", "CAABBDD", "CABABAB") | 20 |
| Telefonlanlaşdırılmış obyektlərdə (yaşayış və qeyri yaşayış sahələri) olan hər bir nömrənin yeni mülkiyyətçinin adına sənədləşdirilməsi | PULSUZ |
Qeyd! Telefon çəkiliş haqqı tarifinə 100 metr məsafəyədək şəbəkəyə qoşulmaq üçün bütün xərclər daxildir. Əlavə tələb olunan xətt materiallarının, iş və xidmətlərin dəyəri smeta əsasında abunəçi tərəfindən ödənilir.
*Qiymətlərə ƏDV daxildir
Stasionar telefon nədir
Avtomatik telefon stansiyası (ATS) vasitəsi ilə daima işlək rejimdə olan etibarlı və sərfəli rabitə vasitəsidir.
Qoşulma prosesi
Telefon xidmətinə qoşulmaq və nömrə əldə etmək məqsədi ilə abunəçi yerli Telekommunikasiya Qovşağına müraciət etdiyi andan etibarən sifarişin icrasına başlanılır. Avadanlıqların quraşdırılması və təmin edilməsi müddəti sifarişçinin yaşadığı yerindən, iş prosesinin mürəkkəbliyindən və telefon kabelinin mövcud olub-olmamasından asılıdır.
Stasionar telefon nə üçün lazımdır?
Stabil lokal telefon şəbəkəsi abunəçilərə şəhər və kənd daxilində limitsiz ünsiyyət qurmaq imkanı yaratmaqla yanaşı, şəhərlərarası və beynəlxalq zənglərin sərfəli tariflərlə ünsiyyətini də təmin edır. Ucqar rayon və kəndlərdə mobil telefon xidmətlərinin bir çox hallarda şəbəkə xaricində olduğunu nəzərə alsaq, stasionar telefon rabitəsi hər zaman Sizin xidmətinizdədir.
Mənzilinizə telefon xətti çəkdirmək üçün yaşadığınız bölgədə "Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi MMC" -nin Telekommunikasiya Qovşağına, həmçinin onlayn müraciət edə bilərsiniz.
Əlavə məlumat üçün: 288 Çağrı Mərkəzi
Şəxsi kabinet