Radio televiziya və İP televiziya yayım Xidməti
Naxçıvan MR ərazisində radio proqramlarının yayımı 1932-ci ildə
rəsmi olaraq fəaliyyətə başlamışdır. Muxtar Respublika ərazisində
televiziya proqramlarının yayımı 1963-cü ilə təsadüf edir. 1967-ci
ildə rəngli ( SECAM) yayımına keçid baş verdi və yayım texnologiyası
təkmilləşdi. 1990-1993-cü illər –Naxçıvan TeleRadiosu üçün mühüm
dövrlərdən biridir. Bu dövrdə Naxçıvan informasiya blokadasında
qalmışdı və teleradio yayımı muxtar respublikanın sosial-siyasi
həyatında əsas tribuna funksiyasını yerinə yetirirdi. 2004-cü ildən
Naxçıvan MR Radio Televiziya Ötürücü Mərkəzi “ Rabitə və Yeni
Texnologiyalar Nazirliyinin struktur vahidi kimi funksioanal
fəaliyyətini davam etdirmişdir. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il tarixli “Azərbaycan Respublikası ərazisində
DVB-T standartlı rəqəmsal yayım sisteminin tətbiqi və İnkişaf
Proqramı” respublika ərazisində rəqəmsal televiziya yayımının
təşkili , DVB-T standartlarına keçid və texniki-infrastrukturun
inkişafı üçün əsas hüquqi bazanı təmin etmişdir. 2014-cü il dekabr
ayının 4-də muxtar respublika ərazisində analoq televiziya yayımı
təmamilə dayandırılmış və DVB-T standartlı rəqəmsal yayıma tam keçid
təmin edilmişdir. 2008-ci ildə Naxçıvan MR ərazisində İP televiziya
fəaliyyətə başlamışdır. Bununla da İP TV texnologiyası ( İnternet
Protocol television) – İP protokolu üzrə məlumatların ötürülməsi
şəbəkələrində rəqəmli interaktiv televiziyanın yeni nəsli olmaqla
interaktiv və inteqrasiya olunmuş xidmətlərin göstərilməsinə imkan
yaratdı. Naxçıvan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədrinin 01 fevral 2020-ci il tarixli Sərəncamı ilə
“Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxsə çevrilmişdir.
Naxçıvan MR ərazisində yayımlanan DVB-T standartlı televiziya
proqramlarının eləcə də FM bandlı radio proqramlarının yayım əhatə
dairəsinin genişləndirilməsi, efir məkanının keyfiyyətli və
dayanıqlı yayımla təmin olunması üçün “Radio-Televiziya Ötürücü
Mərkəzi” tərəfindən mühüm işlər həyata keçirilmişdir. Təsadüfi deyil
ki, məhz Cənubi Qafqazda SFN tək kanallı rəqəmsal televiziya
şəbəkəsi ilk dəfə muxtar respublikamızda tətbiq olunmuşdur.
Hal-hazırda Muxtar Respublika ərazisi 49 ədəd rəqəmsal verici
vasitəsi ilə rəqəmsal yayımla təmin edilir.Bununla belə, eyni
zamanda Naxçıvan Radiosu radio proqramı rəqəmsal paketin tərkibində
izləyicilərə təqdim olunur. Naxçıvan Muxtar Respublikasında rəqəmsal
televiziya şəbəkələrinin tətbiqi və inkişafı baxımından böyük
layihələr həyata keçirilmiş, uğurlu addımlar atılmışdır.Görülən
bütün bu işlər Muxtar Respublikada rəqəmsal televiziya və radio
sahəsinin inkişafını daha da sürətləndirmişdir. Şərur, Ordubad,
Sədərək və Duzdağ Radio-Televiziya Ötürücü Stansiyalarının müasir
dizayn üslubunda inşa edilmiş, müasir dövrün tələblərinə cavab verən
yeni texniki binalara köçürülməsi, stansiyalarda verici
avadanlıqların, eyni zamanda optik transmissiya şəbəkəsinin
təkmilləşdirilməsi avadanlıqların səmərəli istismar olunması üçün
əlavə stimul yaratmışdır. Naxçıvan MR ərazisində televiziya və radio
proqramlarının yayım keyfiyyətinin məqsədi ilə Naxçıvan MR
“Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxsi
mütəxəssisləri tərəfindən Şərur, Culfa, Babək, Şahbuz və Ordubad
rayonları ərazisində texniki-normativ tələblərə uyğun olaraq
radio-televiziya kanalarının efir keyfiyyətinin yoxlanması üçün
monitorinqlər həyata keçirilir. Əməyin mühafizəsi və texniki
təhlükəsizlik qaydalarına əməl olunması istiqamətində də bir sıra
məqsədyönlü təqdbirlər həyata keçirilir. Mühəndis-texniki heyətin
fərdi mühafizə vasitələri və xüsusi geyim forması ilə təmin edilməsi
və mütəmadi olaraq mövsümü təlimatlarla marifləndirilməsi bu
qəbildən olan işlərin davamıdır. Beynəlxalq Telekommunikasiya
ittifaqının tələb və tövsiyələrinə uyğun yüksək peşəkarlıq
qabiliyyətinə malik kadrların yetişdirilməsi, yeni nəsil
avadanlıqlarının tətbiq olunması və istismarı, rəqəmsal televiziya
və radio yayım avadanlıqlarının keyfiyyətinin daim yoxlanılması
Mərkəzin fəaliyyətinin tərkib hissələrindəndir. Muxtar Respublika
ərazisində televiziya proqramlarının yayımı DVB-T standartında
rəqəmsal paket formatında həyata keçirilir.
Naxçıvan Muxtar Respublikasında mövcud stansiyalar və verici gücləri haqqında məlumat :
Rəqəmsal televiziya vericisi-"Kvant efir"-1.2 kW
Rəqəmsal tezleviziya vericisi-"Vigintos 1800"-1.8 kW
1. FM verici-Elenos-2 kW 2ədəd
5. FM verici-Elektronika-1.5 kW
2. FM verici-Elenos-1 kW 1ədəd
6. FM verici-Mikrotek-1.0 kW
3. FM verici-Elektronika RVR-1.0 kW
7. FM verici-Vigintos-2.0 kW
4. FM verici-"Kvant efir" -1.0 kW
8. FM verici-Kvant efir-3.0 kW
Rəqəmsal televiziya vericisi-"Kvant efir"-1.2 kW
1. FM verici-Vigintos-2.0 kW
2. FM verici- Elektronika -1.0 kW
3. FM verici-Elektronika-500 W
4. FM verici-Elenos-2.0 kW
5. FM verici-Elenos-1 kW
Rəqəmsal televiziya vericisi-"Kvant efir"-600 W
1. FM verici-Vigintos-2.0 kW
2. FM verici-Elektronika-1.0 kW
3. FM verici-Elektronik-1.0 kW
Rəqəmsal televiziya vericisi-"Kvant efir"-500 W
1. FM verici-Elenos-2.0 kW
2. FM verici-Elenos-1.0 kW
3. FM verici-Elenos-1.0 kW
4. FM verici-250 W
Televiziya vericisi-"Kvant efir"-500 W
Televiziya vericisi-"Kvant efir"-250 W
Azərbaycan Respublikası ərazisində radio yayım şəbəkəsinin
genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında
Azərbaycan Prezidentinin 24 iyul 2023-cü il tarixli sərəncamının
tələblərinə uyğun olaraq Azərbaycan Respublikası “Televiziya və
Radio yayımı və Peyk rabitəsi” İstehsalat Birliyi və Naxçıvan
Muxtar Respublikası “Radio-Televiziya Ötürücü Mərkəzi” publik
hüquqi şəxsi ilə birgə həyata keçirdikləri layihə çərçivəsində
Sədərək Radio-Televiziya Ötürücü Stansiyasında altı ədəd 1.0 kW
gücündə ELENOS markalı FM verici, Duzdağ Radio-Televiziya Ötürücü
Stansiyasında 5 ədəd 3.0 kW gücündə və 5 ədəd 3 kW gücündə ELENOS
markalı FM verici Ordubad Radio-Televiziya Ötürücü Stansiyasında
montaj olunmuşdur.
Naxçıvan Muxtar Respublikasında mövcud azgüclü Televiziya Ötürücü Stansiyaları aşağıdakılardır:
1. Nəzərəbad- 15W-23ch
2. Güşənəbad- 15W-26ch
3. Aşağı Buzqov- 15W-29ch
4. Yuxarı Buzqov- 5W-57ch
5. Gərməçataq- 15W-21ch
6. Nəhacir- 15W-43ch
7. Nüs-Nüs- 15W-25ch
8. Gənzə- 15W-38ch
9. Yuxarı Əylis- 15W-48ch
10. Yaycı- 15W-24ch
11. Üstüpü- 15W-28ch
12. Aza- 15W-25ch
13. Dirnıs- 15W-28ch
14. Pəzməri- 15W-24ch
15. Tivi- 15W-23ch
16. Bist- 15W-34ch
17. Nurgüt- 15W-25ch
18. Kotam- 15W-46ch
19. Biləv- 15W-35ch
20. Behrüd- 15W-28ch
21. Kırna- 15W-22ch
22. Ərəzin- 15W-26ch
23. Teyvaz- 15W-28ch
24. Ərəfsə- 15W-34ch
25. Boyəhməd- 15W-22ch
26. Qazançı- 15W-24ch
27. Şurud- 15W-48ch
28. Gal- 15W-32ch
29. Xok- 15W-43ch
30. Axura- 15W-24ch
31. Həmzəli- 15W-22ch
32. Güney Qışlaq- 15W-24ch
33. Kükü- 15W-36ch
34. Badamlı- 15W-29ch
35. Şahbuz şəhər- 15W-23ch
36. Türkeş- 15W-26ch
37. Ağbulaq- 15W-22ch
38. Batabat- 15W-40ch
39. Biçənək- 15W-28ch
40. Keçili- 15W-22ch
Duzdağ Radio-Televiziya Ötürücü Stansiyasında və “Radio-Televiziya
Vericiləri” otağında montaj olunmuş Baş Stansiya (Head End) DVB-T
Standartlı sosial paket istehsal olunur. Naxçıvan MR ərazisində
DVB-T standartında sosial paketin tərkibində 8 Televiziya və 1
Radio proqramı yayımlanır.
Paketin ümumi tutumu 22.4 mbit/sec-dır.Sosial paketin tərkibinə daxil olan televiziya proqramları bunlardır:
- Az Tv
- Mədəniyyət
- İdman Azərbaycan
- İctimai TV
- Azad Azərbaycan
- Xəzər TV
- Naxçıvan TV
- CBC
Sosial paketin daxilində DVB-T standartında yayımlanan Radio proqramları aşağıdakılardır:
Naxçıvan Radiosu
Naxçıvan MR ərazisində 12 radio proqramları şirkətinə məxsus radio
proqramları 28 radio tezliyi üzərindən ərazi üzrə yayımlanır.
Duzdağ RTÖS
Sədərak RTÖS
Şərur RTÖS
Ordubad RTÖS
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “ Naxçıvan
Muxtar Respublikasında rəqəmsal inkişaf sahəsində idarəetmənin
təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında “ 17 dekabr
2025-ci il tarixli N 26-VII FR nömrəli Fərmanına uyğun olaraq
Naxçıvan MR Radio Televiziya Ötürücü Mərkəzi öz fəaliyyətini hal
hazırda “ Naxçıvanpoçt və Telekommunikasiya Mərkəzi” nin
tərkibində davam etdirir. “Radio televiziya və İP televiziya
Xidmətləri “ şöbəsi yeni mövsümdə izləyicilərə GPON texnologiyası
üzərindən yeni İP TV xidmətlərinin göstərilməsini planlaşdırır.
Biz Muxtar Respublika ərazisində İP TV yayımının Mərkəzin
büdcəsinə əhəmiyyətli maliyyə vəsati gətirə bilmə potensialına
malik olduğunu düşünürük. Naxçıvan Muxtar Respublikasında yeni
nəsil İP TV Xidmətlərinin həyata keçirilməsini planlaşdırır. Artıq
Naxçıvan Muxtar Respublikası-da müasir və keyfiyyətli IPTV xidməti
istifadəyə veriləcək. Yeni platformamız vasitəsilə Azərbaycan,
türk, rus və ingilis dillərində yayımlanan çoxsaylı televiziya
proqramlarını rahat və yüksək görüntü keyfiyyəti ilə izləmək
mümkün olacaqdır. Xidmət çərçivəsində xəbər, film, serial, musiqi,
uşaq, sənədli film və idman kanalları daxil olmaqla geniş
televiziya seçimi təqdim edilir. Müxtəlif yaş qrupları və maraq
dairələri üçün hazırlanmış kanal paketləri sayəsində hər bir
izləyici öz zövqünə uyğun kontent tapa biləcəkdir. Platformamız
istifadəçilərə məşhur beynəlxalq televiziya paketləri və premium
idman–əyləncə məzmunlarına çıxış imkanı təqdim edir. Futbol,
basketbol, tennis və digər idman yarışlarını, eləcə də populyar
film və serial proqramlarını yüksək keyfiyyətdə izləmək mümkün
olacaqdır. Sadə interfeys, sürətli bağlantı və stabil yayım
texnologiyası sayəsində izləyicilər fasiləsiz və rahat televiziya
təcrübəsi əldə edəcəklər. Əsas üstünlüklərimiz: Yüksək keyfiyyətli
HD və Full HD yayım Çoxdilli kanal seçimi İdman və əyləncə
proqramları Müasir IPTV texnologiyası Stabil və sürətli yayım
sistemi Məqsədimiz Naxçıvan Muxtar Respublikası əhalisinə müasir,
etibarlı və zəngin televiziya xidməti təqdim etməkdir. Yeni nəsil
televiziya artıq sizinlədir. Keyfiyyəti və fərqi bizimlə hiss
edin.
Şəxsi kabinet