logo name
call-center
Təlim xidmətləri

Gələcəyiniz üçün peşəkar tədris imkanları

Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi MMC-nin tədris sektoru rəqəmsal biliklərin artırılması, peşəkar bacarıqların formalaşdırılması və dinləyicilərin əmək bazarına hazırlanması məqsədilə fəaliyyət göstərir.

Tədris haqqında

Burada keçirilən kurslar nəzəri biliklərlə yanaşı, real praktik bacarıqların da mənimsənilməsinə yönəlib. Tədris prosesi müasir kompüter avadanlıqları ilə təchiz edilmiş auditoriyalarda, peşəkar müəllim heyəti tərəfindən aparılır.

Rəsmi şəhadətnamə Kursların sonunda imtahan təşkil olunur və uğur qazanan dinləyicilərə dövlət tərəfindən təsdiq edilmiş şəhadətnamə təqdim edilir.
Tədris olunan kurslar

Rəqəmsal və peşəkar inkişaf istiqamətləri

💻

Kompüter operatoru

Windows, MS Office və internet üzrə əsas biliklər.

🌍

İngilis dili

General English və English Speak proqramları.

👨‍💻

Proqramlaşdırma

Frontend, Backend, Full Stack və Mobil Development.

🤖

Robototexnika

Arduino, Lego və 3D qələm əsaslı təlimlər.

🛡️

İT Helpdesk

İT dəstək və kiber təhlükəsizliyin əsasları.

🌐

Şəbəkə inzibatçılığı

Şəbəkə və sistem inzibatçılığı üzrə tədris.

🎨

Qrafik dizayn

CorelDraw, Photoshop, AutoCAD, ArchiCAD və 3ds Max.

📢

SMM və reklam

Sosial media marketinqi və rəqəmsal reklam.

Necə keçirilir?

Tədris prosesi

Kurslar fərdi və qrup formatında təşkil olunur. Dərs mövzuları mərhələli şəkildə öyrədilir və hər proqram üzrə praktiki məşğələlərə üstünlük verilir. Tədris müddəti kursun xüsusiyyətinə uyğun olaraq müəyyən edilir.

01

Fərdi və qrup formatında dərslər

02

Praktiki məşğələlər və real tapşırıqlar

03

Kurs sonunda imtahan və qiymətləndirmə

04

Şəhadətnamə və fərqlənmə sertifikatı

Missiya və məqsəd

Əsas missiyamız cəmiyyətin rəqəmsal bilik və bacarıqlarının inkişafına töhfə vermək, müasir dövrün tələblərinə cavab verən peşəkar kadrların hazırlanmasını təmin etmək və gənclərin innovativ sahələr üzrə inkişafına dəstək göstərməkdir.

Sertifikatlaşdırma

Tədris uğurla başa çatdıqdan sonra dinləyicilər imtahan verirlər. Keçid balını toplayanlara şəhadətnamə təqdim olunur. Yüksək nəticə göstərən məzunlar fərqlənmə sertifikatı ilə mükafatlandırılır.

Keyfiyyət prinsipi

Tədris proqramları hazırlanarkən müasir texnologiyalar, rəqəmsal yeniliklər və beynəlxalq təcrübə nəzərə alınır. Əsas prioritet dinləyicilərin gələcək peşə fəaliyyətində uğur qazanmasına dəstək olmaqdır.

Üstünlüklərimiz

Rəsmi dövlət şəhadətnaməsiMüasir əmək bazarına uyğun proqramlarPeşəkar müəllim heyətiKompüter və texniki avadanlıqlarla təmin edilmiş auditoriyalarPraktiki məşğələlərFərdi və qrup tədrisiYenilənən tədris proqramlarıKurs sonunda imtahanFərqlənmə sertifikatıNaxçıvan, Şərur və Culfa üzrə tədris imkanı

Tədris ünvanları

Naxçıvan şəhəriİstiqlal küçəsi 120
Şərur şəhəriHeydər Əliyev prospekti 37A
Culfa şəhəriTəbriz küçəsi 1
Təhsil haqları

Kurslar üzrə qiymətlər

Kursun adıQrup üzrəFərdi üzrə
Kompüter operatoru (Windows, MS Office, Internet)240 AZN360 AZN
Sürətləndirilmiş tədris (Windows, MS Office, Internet)90 AZN130 AZN
IT Helpdesk və Kiber Təhlükəsizliyin əsasları160 AZN240 AZN
Robototexnikanın əsasları (Arduino, Lego, 3D qələm)240 AZN360 AZN
Şəbəkə və Sistem İnzibatçılığı120 AZN240 AZN
Sosial Media Marketinqi (SMM, Rəqəmsal reklam)120 AZN240 AZN
Kompüter qrafikası (Corel Draw, Photoshop)120 AZN240 AZN
AutoCAD120 AZN240 AZN
ArchiCAD120 AZN240 AZN
3ds MAX120 AZN240 AZN
Frontend Development (HTML, CSS, JavaScript)240 AZN480 AZN
Backend Development (PHP, MySQL)240 AZN480 AZN
Mobil Development (Java və Android)240 AZN480 AZN
Full Stack Development360 AZN600 AZN
English Speak360 AZN480 AZN
General English360 AZN480 AZN
İnkişaf təlimləri (1 nəfər iştirakçı üçün)40 AZN50 AZN

ADSL və GPON