Gələcəyiniz üçün peşəkar tədris imkanları
Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi MMC-nin tədris sektoru rəqəmsal biliklərin artırılması, peşəkar bacarıqların formalaşdırılması və dinləyicilərin əmək bazarına hazırlanması məqsədilə fəaliyyət göstərir.
Tədris haqqında
Burada keçirilən kurslar nəzəri biliklərlə yanaşı, real praktik bacarıqların da mənimsənilməsinə yönəlib. Tədris prosesi müasir kompüter avadanlıqları ilə təchiz edilmiş auditoriyalarda, peşəkar müəllim heyəti tərəfindən aparılır.
Rəsmi şəhadətnamə
Kursların sonunda imtahan təşkil olunur və uğur qazanan dinləyicilərə dövlət tərəfindən təsdiq edilmiş şəhadətnamə təqdim edilir.
Tədris olunan kurslar
Komputer operatoru
Windows, MS Office və internet üzrə əsas biliklər.
İngilis dili
General English və English Speak proqramları.
Proqramlaşdırma
Frontend, Backend, Full Stack və Mobil Development.
Robototexnika
Arduino, Lego və 3D qələm əsaslı təlimlər.
İT Helpdesk
İT dəstək və kiber təhlükəsizliyin əsasları.
Şəbəkə inzibatçılığı
Şəbəkə və sistem inzibatçılığı üzrə tədris.
Qrafik dizayn
CorelDraw, Photoshop, AutoCAD, ArchiCAD və 3ds Max.
SMM və reklam
Sosial media marketinqi və rəqəmsal reklam.
Tədris prosesi
Kurslar fərdi və qrup formatında təşkil olunur. Dərs mövzuları mərhələli şəkildə öyrədilir və hər proqram üzrə praktiki məşğələlərə üstünlük verilir. Tədris müddəti kursun xüsusiyyətinə uyğun olaraq müəyyən edilir.
Fərdi və qrup formatında dərslər
Praktiki məşğələlər və real tapşırıqlar
Kurs sonunda imtahan və qiymətləndirmə
Şəhadətnamə və fərqlənmə sertifikatı
Missiya və məqsəd
Əsas missiyamız cəmiyyətin rəqəmsal bilik və bacarıqlarının inkişafına töhfə vermək, müasir dövrün tələblərinə cavab verən peşəkar kadrların hazırlanmasını təmin etmək və gənclərin innovativ sahələr üzrə inkişafına dəstək göstərməkdir.
Sertifikatlaşdırma
Tədris uğurla başa çatdıqdan sonra dinləyicilər imtahan verirlər. Keçid balını toplayanlara şəhadətnamə təqdim olunur. Yüksək nəticə göstərən məzunlar fərqlənmə sertifikatı ilə mükafatlandırılır.
Keyfiyyət prinsipi
Tədris proqramları hazırlanarkən müasir texnologiyalar, rəqəmsal yeniliklər və beynəlxalq təcrübə nəzərə alınır. Əsas prioritet dinləyicilərin gələcək peşə fəaliyyətində uğur qazanmasına dəstək olmaqdır.
Üstünlüklərimiz
Tədris ünvanları
Kurslar üzrə qiymətlər
| Kursun adı | Qrup üzrə | Fərdi üzrə |
|---|---|---|
| Komputer operatoru (Windows, MS Office, Internet) | 240 AZN | 360 AZN |
| Sürətləndirilmiş tədris (Windows, MS Office, Internet) | 90 AZN | 130 AZN |
| IT Helpdesk və Kiber Təhlükəsizliyin əsasları | 160 AZN | 240 AZN |
| Robototexnikanın əsasları (Arduino, Lego, 3D qələm) | 240 AZN | 360 AZN |
| Şəbəkə və Sistem İnzibatçılığı | 120 AZN | 240 AZN |
| Sosial Media Marketinqi (SMM, Rəqəmsal reklam) | 120 AZN | 240 AZN |
| Komputer qrafikası (Corel Draw, Photoshop) | 120 AZN | 240 AZN |
| AutoCAD | 120 AZN | 240 AZN |
| ArchiCAD | 120 AZN | 240 AZN |
| 3ds MAX | 120 AZN | 240 AZN |
| Frontend Development (HTML, CSS, JavaScript) | 240 AZN | 480 AZN |
| Backend Development (PHP, MySQL) | 240 AZN | 480 AZN |
| Mobil Development (Java və Android) | 240 AZN | 480 AZN |
| Full Stack Development | 360 AZN | 600 AZN |
| English Speak | 360 AZN | 480 AZN |
| General English | 360 AZN | 480 AZN |
| İnkişaf təlimləri (1 nəfər iştirakçı üçün) | 40 AZN | 50 AZN |
Şəxsi kabinet