logo name
call-center

Radio televiziya və İP televiziya yayım Xidməti

rtom-img
Naxçıvan MR ərazisində radio proqramlarının yayımı 1932-ci ildə rəsmi olaraq fəaliyyətə başlamışdır. Muxtar Respublika ərazisində televiziya proqramlarının yayımı 1963-cü ilə təsadüf edir. 1967-ci ildə rəngli ( SECAM) yayımına keçid baş verdi və yayım texnologiyası təkmilləşdi. 1990-1993-cü illər –Naxçıvan TeleRadiosu üçün mühüm dövrlərdən biridir. Bu dövrdə Naxçıvan informasiya blokadasında qalmışdı və teleradio yayımı muxtar respublikanın sosial-siyasi həyatında əsas tribuna funksiyasını yerinə yetirirdi. 2004-cü ildən Naxçıvan MR Radio Televiziya Ötürücü Mərkəzi “ Rabitə və Yeni Texnologiyalar Nazirliyinin struktur vahidi kimi funksioanal fəaliyyətini davam etdirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il tarixli “Azərbaycan Respublikası ərazisində DVB-T standartlı rəqəmsal yayım sisteminin tətbiqi və İnkişaf Proqramı” respublika ərazisində rəqəmsal televiziya yayımının təşkili , DVB-T standartlarına keçid və texniki-infrastrukturun inkişafı üçün əsas hüquqi bazanı təmin etmişdir. 2014-cü il dekabr ayının 4-də muxtar respublika ərazisində analoq televiziya yayımı təmamilə dayandırılmış və DVB-T standartlı rəqəmsal yayıma tam keçid təmin edilmişdir. 2008-ci ildə Naxçıvan MR ərazisində İP televiziya fəaliyyətə başlamışdır. Bununla da İP TV texnologiyası ( İnternet Protocol television) – İP protokolu üzrə məlumatların ötürülməsi şəbəkələrində rəqəmli interaktiv televiziyanın yeni nəsli olmaqla interaktiv və inteqrasiya olunmuş xidmətlərin göstərilməsinə imkan yaratdı. Naxçıvan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 01 fevral 2020-ci il tarixli Sərəncamı ilə “Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxsə çevrilmişdir. Naxçıvan MR ərazisində yayımlanan DVB-T standartlı televiziya proqramlarının eləcə də FM bandlı radio proqramlarının yayım əhatə dairəsinin genişləndirilməsi, efir məkanının keyfiyyətli və dayanıqlı yayımla təmin olunması üçün “Radio-Televiziya Ötürücü Mərkəzi” tərəfindən mühüm işlər həyata keçirilmişdir. Təsadüfi deyil ki, məhz Cənubi Qafqazda SFN tək kanallı rəqəmsal televiziya şəbəkəsi ilk dəfə muxtar respublikamızda tətbiq olunmuşdur. Hal-hazırda Muxtar Respublika ərazisi 49 ədəd rəqəmsal verici vasitəsi ilə rəqəmsal yayımla təmin edilir.Bununla belə, eyni zamanda Naxçıvan Radiosu radio proqramı rəqəmsal paketin tərkibində izləyicilərə təqdim olunur. Naxçıvan Muxtar Respublikasında rəqəmsal televiziya şəbəkələrinin tətbiqi və inkişafı baxımından böyük layihələr həyata keçirilmiş, uğurlu addımlar atılmışdır.Görülən bütün bu işlər Muxtar Respublikada rəqəmsal televiziya və radio sahəsinin inkişafını daha da sürətləndirmişdir. Şərur, Ordubad, Sədərək və Duzdağ Radio-Televiziya Ötürücü Stansiyalarının müasir dizayn üslubunda inşa edilmiş, müasir dövrün tələblərinə cavab verən yeni texniki binalara köçürülməsi, stansiyalarda verici avadanlıqların, eyni zamanda optik transmissiya şəbəkəsinin təkmilləşdirilməsi avadanlıqların səmərəli istismar olunması üçün əlavə stimul yaratmışdır. Naxçıvan MR ərazisində televiziya və radio proqramlarının yayım keyfiyyətinin məqsədi ilə Naxçıvan MR “Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxsi mütəxəssisləri tərəfindən Şərur, Culfa, Babək, Şahbuz və Ordubad rayonları ərazisində texniki-normativ tələblərə uyğun olaraq radio-televiziya kanalarının efir keyfiyyətinin yoxlanması üçün monitorinqlər həyata keçirilir. Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl olunması istiqamətində də bir sıra məqsədyönlü təqdbirlər həyata keçirilir. Mühəndis-texniki heyətin fərdi mühafizə vasitələri və xüsusi geyim forması ilə təmin edilməsi və mütəmadi olaraq mövsümü təlimatlarla marifləndirilməsi bu qəbildən olan işlərin davamıdır. Beynəlxalq Telekommunikasiya ittifaqının tələb və tövsiyələrinə uyğun yüksək peşəkarlıq qabiliyyətinə malik kadrların yetişdirilməsi, yeni nəsil avadanlıqlarının tətbiq olunması və istismarı, rəqəmsal televiziya və radio yayım avadanlıqlarının keyfiyyətinin daim yoxlanılması Mərkəzin fəaliyyətinin tərkib hissələrindəndir. Muxtar Respublika ərazisində televiziya proqramlarının yayımı DVB-T standartında rəqəmsal paket formatında həyata keçirilir.

Naxçıvan Muxtar Respublikasında mövcud stansiyalar və verici gücləri haqqında məlumat :

Rəqəmsal televiziya vericisi-"Kvant efir"-1.2 kW
Rəqəmsal tezleviziya vericisi-"Vigintos 1800"-1.8 kW
1. FM verici-Elenos-2 kW 2ədəd
5. FM verici-Elektronika-1.5 kW
2. FM verici-Elenos-1 kW 1ədəd
6. FM verici-Mikrotek-1.0 kW
3. FM verici-Elektronika RVR-1.0 kW
7. FM verici-Vigintos-2.0 kW
4. FM verici-"Kvant efir" -1.0 kW
8. FM verici-Kvant efir-3.0 kW

Rəqəmsal televiziya vericisi-"Kvant efir"-1.2 kW
1. FM verici-Vigintos-2.0 kW
2. FM verici- Elektronika -1.0 kW
3. FM verici-Elektronika-500 W
4. FM verici-Elenos-2.0 kW
5. FM verici-Elenos-1 kW

Rəqəmsal televiziya vericisi-"Kvant efir"-600 W
1. FM verici-Vigintos-2.0 kW
2. FM verici-Elektronika-1.0 kW
3. FM verici-Elektronik-1.0 kW

Rəqəmsal televiziya vericisi-"Kvant efir"-500 W
1. FM verici-Elenos-2.0 kW
2. FM verici-Elenos-1.0 kW
3. FM verici-Elenos-1.0 kW
4. FM verici-250 W

Televiziya vericisi-"Kvant efir"-500 W

Televiziya vericisi-"Kvant efir"-250 W
Azərbaycan Respublikası ərazisində radio yayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında Azərbaycan Prezidentinin 24 iyul 2023-cü il tarixli sərəncamının tələblərinə uyğun olaraq Azərbaycan Respublikası “Televiziya və Radio yayımı və Peyk rabitəsi” İstehsalat Birliyi və Naxçıvan Muxtar Respublikası “Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxsi ilə birgə həyata keçirdikləri layihə çərçivəsində Sədərək Radio-Televiziya Ötürücü Stansiyasında altı ədəd 1.0 kW gücündə ELENOS markalı FM verici, Duzdağ Radio-Televiziya Ötürücü Stansiyasında 5 ədəd 3.0 kW gücündə və 5 ədəd 3 kW gücündə ELENOS markalı FM verici Ordubad Radio-Televiziya Ötürücü Stansiyasında montaj olunmuşdur.

Naxçıvan Muxtar Respublikasında mövcud azgüclü Televiziya Ötürücü Stansiyaları aşağıdakılardır:

1. Nəzərəbad- 15W-23ch
2. Güşənəbad- 15W-26ch
3. Aşağı Buzqov- 15W-29ch
4. Yuxarı Buzqov- 5W-57ch
5. Gərməçataq- 15W-21ch
6. Nəhacir- 15W-43ch
7. Nüs-Nüs- 15W-25ch
8. Gənzə- 15W-38ch
9. Yuxarı Əylis- 15W-48ch
10. Yaycı- 15W-24ch
11. Üstüpü- 15W-28ch
12. Aza- 15W-25ch
13. Dirnıs- 15W-28ch
14. Pəzməri- 15W-24ch
15. Tivi- 15W-23ch
16. Bist- 15W-34ch
17. Nurgüt- 15W-25ch
18. Kotam- 15W-46ch
19. Biləv- 15W-35ch
20. Behrüd- 15W-28ch
21. Kırna- 15W-22ch
22. Ərəzin- 15W-26ch
23. Teyvaz- 15W-28ch
24. Ərəfsə- 15W-34ch
25. Boyəhməd- 15W-22ch
26. Qazançı- 15W-24ch
27. Şurud- 15W-48ch
28. Gal- 15W-32ch
29. Xok- 15W-43ch
30. Axura- 15W-24ch
31. Həmzəli- 15W-22ch
32. Güney Qışlaq- 15W-24ch
33. Kükü- 15W-36ch
34. Badamlı- 15W-29ch
35. Şahbuz şəhər- 15W-23ch
36. Türkeş- 15W-26ch
37. Ağbulaq- 15W-22ch
38. Batabat- 15W-40ch
39. Biçənək- 15W-28ch
40. Keçili- 15W-22ch
Duzdağ Radio-Televiziya Ötürücü Stansiyasında və “Radio-Televiziya Vericiləri” otağında montaj olunmuş Baş Stansiya (Head End) DVB-T Standartlı sosial paket istehsal olunur. Naxçıvan MR ərazisində DVB-T standartında sosial paketin tərkibində 8 Televiziya və 1 Radio proqramı yayımlanır.

Paketin ümumi tutumu 22.4 mbit/sec-dır.Sosial paketin tərkibinə daxil olan televiziya proqramları bunlardır:

  • Az Tv
  • Mədəniyyət
  • İdman Azərbaycan
  • İctimai TV
  • Azad Azərbaycan
  • Xəzər TV
  • Naxçıvan TV
  • CBC

Sosial paketin daxilində DVB-T standartında yayımlanan Radio proqramları aşağıdakılardır:

Naxçıvan Radiosu

Naxçıvan MR ərazisində 12 radio proqramları şirkətinə məxsus radio proqramları 28 radio tezliyi üzərindən ərazi üzrə yayımlanır.

Duzdağ RTÖS

2. Asan FM 3.0 kW 90.9 Mhz
3. Radio TMB 3.0 kW 91.3Mhz
4. Araz Fm 2.0 kW 94.1 Mhz
5. Avto Fm 3.0 kW 97.1 Mhz
6. İctimai 1.0 kW 98.1 Mhz
8. Naxçıvan Radiosu 2.0 kW 104.1 Mhz
9. Media Fm 3.0 kW 105.6 Mhz
10. Real Fm 3.0 kW 107.0 Mhz

Sədərak RTÖS

1. Radio TMB 1.0 kW 87.7 Mhz
2. İctimai Fm 1.0 kW 92.0 Mhz
4. Naxçıvan Radiosu 1.0 kW 99.0 Mhz
5. Enerji Fm Radiosu 1.0 kW 101.3 Mhz
7. Avto Fm 2.0 kW 107.9 Mhz

Şərur RTÖS

1. Araz Fm 2.0 kW 97.5 Mhz
3. Naxçıvan Radiosu 1.0 kW 107.5 Mhz

Ordubad RTÖS

1. Asan Radio 3.0 kW 90.7 Mhz
2. Xəzər Fm 3.0 kW 92.3 Mhz
3. Radio TMB 3.0 kW 95.5 Mhz
4. Azad Azərbaycan Fm 3.0 kW 97.3 Mhz
5. Araz Fm 2.0 kW 99.0 Mhz
6. Naxçıvan Radiosu 2.0 kW 103.7 Mhz
8. Real Fm 3.0 kW 107.8 Mhz
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “ Naxçıvan Muxtar Respublikasında rəqəmsal inkişaf sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında “ 17 dekabr 2025-ci il tarixli N 26-VII FR nömrəli Fərmanına uyğun olaraq Naxçıvan MR Radio Televiziya Ötürücü Mərkəzi öz fəaliyyətini hal hazırda “ Naxçıvanpoçt və Telekommunikasiya Mərkəzi” nin tərkibində davam etdirir. “Radio televiziya və İP televiziya Xidmətləri “ şöbəsi yeni mövsümdə izləyicilərə GPON texnologiyası üzərindən yeni İP TV xidmətlərinin göstərilməsini planlaşdırır. Biz Muxtar Respublika ərazisində İP TV yayımının Mərkəzin büdcəsinə əhəmiyyətli maliyyə vəsati gətirə bilmə potensialına malik olduğunu düşünürük. Naxçıvan Muxtar Respublikasında yeni nəsil İP TV Xidmətlərinin həyata keçirilməsini planlaşdırır. Artıq Naxçıvan Muxtar Respublikası-da müasir və keyfiyyətli IPTV xidməti istifadəyə veriləcək. Yeni platformamız vasitəsilə Azərbaycan, türk, rus və ingilis dillərində yayımlanan çoxsaylı televiziya proqramlarını rahat və yüksək görüntü keyfiyyəti ilə izləmək mümkün olacaqdır. Xidmət çərçivəsində xəbər, film, serial, musiqi, uşaq, sənədli film və idman kanalları daxil olmaqla geniş televiziya seçimi təqdim edilir. Müxtəlif yaş qrupları və maraq dairələri üçün hazırlanmış kanal paketləri sayəsində hər bir izləyici öz zövqünə uyğun kontent tapa biləcəkdir. Platformamız istifadəçilərə məşhur beynəlxalq televiziya paketləri və premium idman–əyləncə məzmunlarına çıxış imkanı təqdim edir. Futbol, basketbol, tennis və digər idman yarışlarını, eləcə də populyar film və serial proqramlarını yüksək keyfiyyətdə izləmək mümkün olacaqdır. Sadə interfeys, sürətli bağlantı və stabil yayım texnologiyası sayəsində izləyicilər fasiləsiz və rahat televiziya təcrübəsi əldə edəcəklər. Əsas üstünlüklərimiz: Yüksək keyfiyyətli HD və Full HD yayım Çoxdilli kanal seçimi İdman və əyləncə proqramları Müasir IPTV texnologiyası Stabil və sürətli yayım sistemi Məqsədimiz Naxçıvan Muxtar Respublikası əhalisinə müasir, etibarlı və zəngin televiziya xidməti təqdim etməkdir. Yeni nəsil televiziya artıq sizinlədir. Keyfiyyəti və fərqi bizimlə hiss edin.