Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində əməyin mühafizəsi və təhlükəsizlik üzrə təlim keçirilib
29 iyul 2026, 16:17
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində "Əməyin mühafizəsi, TT üzrə ümumi anlayışlar, elektrik, yanğın təhlükəsizliyi, istehsalatda bədbəxt hadisələr və ilk yardım qaydaları" mövzusunda təlim təşkil olunub.
Təlim "Əməyin Mühafizəsi Mərkəzi" PHŞ-nin Naxçıvan filialının müdiri Ruslan Əkbərov və mərkəzin əməkdaşı Mahmud Rzalı tərəfindən keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, eləcə də tabeliyində fəaliyyət göstərən "Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" MMC-nin əməkdaşları iştirak ediblər.
Təlim zamanı iştirakçılara əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydaları, yanğın və elektrik təhlükəsizliyi, istehsalatda baş verə biləcək bədbəxt hadisələr zamanı davranış və ilk yardımın göstərilməsi ilə bağlı ətraflı məlumat verilib. Tədbirin məqsədi əməkdaşların təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması olub.
Şəxsi kabinet