logo name
call-center

Nazirlikdə növbəti vətəndaş qəbulu keçirilib

17 aprel 2026, 15:48

Aprelin 17-də Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirilib.
Nazir müavini, nazir vəzifələrini müvəqqəti icra edən Azər Məmmədrəhimov tərəfindən vətəndaşların müraciətləri dinlənilib, göstərilən məsələlərin operativ həlli məqsədilə aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

 

Qeyd edək ki, vətəndaş qəbulları Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təsdiqlənmiş “Qəbul qrafiki”nə uyğun olaraq mütəmadi şəkildə təşkil olunur.