logo name
call-center

Naxçıvanda rəqəmsal gələcəyinizi qurmağa hazır olun!

10 iyun 2026, 17:39

Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi MMC-nin Tədris sektoru tərəfindən 📡 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə informasiya-kommunikasiya texnologiyaları sahəsində yeni tədris kurslarına qeydiyyat elan olunub.
Müasir əmək bazarının tələblərinə uyğun peşəkar kadrların hazırlanmasını hədəfləyən kurslar çərçivəsində iştirakçılar rəqəmsal texnologiyalar sahəsində həm nəzəri, həm də praktiki biliklər əldə edəcəklər.
Tədris proqramlarına aşağıdakı istiqamətlər daxildir:
- Rəqəmsal savadlılıq
- Proqramlaşdırma
- Robototexnika
- IT Helpdesk
- Kibertəhlükəsizlik
- Şəbəkə və Sistem İnzibatçılığı
- Qrafik Dizayn və Rəqəmsal Marketinq
- İngilis dili
Kurslar həm qrup, həm də fərdi formatda təşkil olunur.
Qrup dərslərinin aylıq ödənişi 40 manatdan, fərdi dərslərin aylıq ödənişi isə 50 manatdan başlayır.
Təlim proqramlarını uğurla başa vuran iştirakçılara dövlət nümunəli şəhadətnamə təqdim ediləcək. Yüksək nəticə göstərən məzunlar isə əlavə olaraq fərqlənmə sertifikatı ilə təltif olunacaqlar.
Tədris mərkəzləri Naxçıvan, Şərur və Culfa şəhərlərində fəaliyyət göstərir.
Müasir kompüter avadanlıqları ilə təchiz edilmiş auditoriyalarda keçirilən dərslər iştirakçıların rəqəmsal bacarıqlarının inkişafına və gələcəyin peşələrinə yiyələnməsinə xidmət edir.
Layihənin əsas məqsədi regionda rəqəmsal savadlılığın artırılması, informasiya texnologiyaları sahəsində peşəkar mütəxəssislərin hazırlanması və gənclərin müasir əmək bazarına inteqrasiyasına dəstək verməkdir.
Rəqəmsal dünyada uğurlu karyera qurmaq istəyən hər kəs kurslara müraciət edə bilər!

ADSL və GPON