logo name
call-center

Şərurda poçt əməkdaşları üçün təlim keçirilir

09 sentyabr 2026, 11:43

Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzinin təşkilatçılığı ilə Şərur rayonunda poçt əməliyyatçıları və poçtalyonlar üçün “Poçt əməkdaşlarının rəqəmsal bilikləri, poçt əməliyyatları və etik davranışlar üzrə” təlim keçirilir.

Təlimdə Şərur, Sədərək və Kəngərli rayonlarında fəaliyyət göstərən poçt əməliyyatçıları və poçtalyonlar iştirak edirlər.

Təlimin əsas məqsədi poçt əməkdaşlarının rəqəmsal bilik və bacarıqlarının artırılması, poçt əməliyyatlarının daha düzgün və səmərəli həyata keçirilməsi, həmçinin müştərilərlə ünsiyyətdə etik davranış qaydalarına əməl olunmasının təmin edilməsidir.

Təlim çərçivəsində poçt xidmətlərindən istifadə, əməliyyatların icrası, rəqəmsal alətlərdən səmərəli istifadə və müştəri məmnuniyyətinin artırılması ilə bağlı müxtəlif mövzular ətrafında məlumatlar verilir, iştirakçıların praktiki bilik və bacarıqları təkmilləşdirilir.

Qeyd edək ki, əməkdaşların bilik və bacarıqlarının artırılmasına yönələn təlimlər mərhələli şəkildə davam etdirilir. 

Təlimin sonunda iştirakçıların əldə etdikləri biliklər 50 sualdan ibarət test vasitəsilə qiymətləndiriləcək.

ADSL və GPON