logo name
call-center

Naxçıvanda poçt əməkdaşları üçün təlim keçirilir

09 sentyabr 2026, 11:41

Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzinin Tədris sektorunda poçt əməliyyatçıları və poçtalyonlar üçün “Poçt əməkdaşlarının rəqəmsal bilikləri, poçt əməliyyatları və etik davranışlar üzrə” təlim keçirilir.

Təlimin əsas məqsədi poçt əməkdaşlarının rəqəmsal bilik və bacarıqlarının artırılması, poçt əməliyyatlarının daha düzgün və səmərəli həyata keçirilməsi, həmçinin müştərilərlə ünsiyyətdə etik davranış qaydalarına əməl olunmasının təmin edilməsidir.

Təlim zamanı poçt xidmətlərindən istifadə, əməliyyatların icrası, rəqəmsal alətlərdən səmərəli istifadə və müştəri məmnuniyyətinin artırılması ilə bağlı müxtəlif mövzular ətrafında məlumat verilib.
Qeyd edək ki, əməkdaşların bilik və bacarıqlarının artırılmasına yönələn təlimlər mərhələli şəkildə davam etdiriləcək. Bir həftə davam edəcək proses Naxçıvan şəhəri ilə yanaşı, Şərur və Culfa rayonlarını da əhatə edəcək.

Təlimin sonunda iştirakçıların bilikləri 50 sualdan ibarət test vasitəsilə qiymətləndiriləcək.

ADSL və GPON