Rəhbərlik
Hüseyn Cəfər oğlu Əsgərli
Direktor
Doğum tarixi
05 iyul 1992-ci il
Təhsili
-
2009–2013 – Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsində İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası üzrə bakalavr təhsili almışdır.
-
2016–2018 – Naxçıvan Dövlət Universitetində İnformasiya texnologiyaları və telekommunikasiya sistemləri mühəndisliyi ixtisası üzrə magistr təhsili almışdır.
-
2019 – Cənubi Koreya Respublikasında Qlobal İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) proqramı üzrə beynəlxalq ixtisasartırma təlimində iştirak etmişdir.
-
2024 – Portuqaliya Respublikasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə beynəlxalq ixtisasartırma proqramını uğurla başa vurmuşdur.
Əmək fəaliyyəti
-
2012–2013 – Naxçıvan Muxtar Respublikası Kompüter Təlim-Tədris və İnternet Mərkəzində müəllim vəzifəsində çalışmışdır.
-
2014–2015 – Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində mühəndis-elektronçu vəzifəsində fəaliyyət göstərmişdir.
-
2015–2019 – Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Efirə Nəzarət və Radiotezliklərin Qeydiyyatı şöbəsində əvvəlcə aparıcı məsləhətçi vəzifəsində çalışmışdır.
-
2019–2020 – Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Dövlət Tədbirlərinin Texniki Təminatı şöbəsinin, Məlumat Hesablama və İnformasiya Texnologiyaları şöbəsinin rəisi vəzifələrində fəaliyyət göstərmişdir.
-
2020–2026 – Naxçıvan Dövlət Universitetinin İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışmış, eyni zamanda universitetin "Nəqliyyat və informasiya texnologiyaları", daha sonra isə "Elektronika və informasiya texnologiyaları" kafedralarında müəllim kimi fəaliyyət göstərmişdir.
-
2026-cı ildən – Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin "Elektronika və informasiya texnologiyaları"kafedrasında 0,5 ştat müəllim kimi elmi-pedaqoji fəaliyyətini davam etdirir. Eyni zamanda 15 iyul 2026-cı ildən "Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor vəzifəsində çalışır.
Elmi fəaliyyəti
İnformasiya-kommunikasiya texnologiyaları, telekommunikasiya, kibertəhlükəsizlik, rəqəmsal transformasiya, elektron təhsil sistemləri və innovasiya ekosisteminin inkişafı istiqamətlərində elmi-tədqiqat fəaliyyəti ilə məşğul olur. Respublika və beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmiş, müxtəlif elmi məqalələrin müəllifidir.
Dərc olunmuş elmi əsərləri
-
Texnoparklar innovasiyayönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulmasında mühüm rol oynayır
-
"Ağıllı kənd" və "Ağıllı şəhər" layihələrinin ölkə iqtisadiyyatına təsiri
-
Rəqəmsal vətəndaşlıqda kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadə
-
Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi
-
Təhsilin keyfiyyətinə informasiya-kommunikasiya texnologiyalarının təsiri
-
Advantages of Using Metaverse Technology in Cryptocurrency (EFE 2022 Beynəlxalq Elmi Konfransı, Qazaxıstan)
-
Startaplarda əqli mülkiyyət problemləri (Azərbaycan Texniki Universiteti, Beynəlxalq Elmi Konfrans, 2023)
İctimai fəaliyyəti
-
Yeni Azərbaycan Partiyasının üzvüdür.
-
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının üzvüdür.
Ailə vəziyyəti
Ailəlidir, iki övladı var.
Şəxsi kabinet