logo name
call-center

Ordubadda yeni təlim kurslarına qeydiyyat başlayıb

22 iyun 2026, 10:04

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzinin təşkilatçılığı ilə Ordubad rayonunda yeni təlim kurslarına qeydiyyat elan olunub.
Artıq Şərur və Culfa filiallarından sonra Ordubad sakinləri də müxtəlif sahələr üzrə təşkil olunan kurslardan yararlana biləcəklər.
Təlim proqramlarına kompüter kursları, robototexnika, data analitika, qrafik dizayn, kibertəhlükəsizlik və ingilis dili istiqamətləri daxildir.
Kurs iştirakçılarına dövlət təsdiqli rəsmi sertifikat təqdim olunacaq. Tədris prosesi sahə üzrə təcrübəli mütəxəssislər tərəfindən həyata keçiriləcək və layihə əsaslı, praktiki məşğələlərə üstünlük veriləcək. Eyni zamanda, proqram iştirakçılarının gələcək karyera və inkişaf imkanlarına dəstək göstərilməsi nəzərdə tutulur.
Qeyd edək ki, kurslara qeydiyyat artıq başlanıb və yerlər məhduddur.
Ətraflı məlumat üçün:+994 50 672 17 55

ADSL və GPON