logo name
call-center

Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzində təqaüdə yola salınan əməkdaşlarla görüş keçirilib

09 sentyabr 2026, 11:32

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzində təqaüd yaşına çatmış əməkdaşlarla görüş keçirilib.

Görüş zamanı uzun illər mərkəzdə çalışan əməkdaşların fəaliyyəti və rabitə sahəsinə göstərdikləri xidmətlərdən bəhs olunub. Onların kollektivin inkişafına verdikləri töhfələr yüksək qiymətləndirilib.

Mərkəzin direktoru Hüseyn Əsgərli təqaüdə yola salınan əməkdaşlara uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə təşəkkür edib. O, əməkdaşlara möhkəm cansağlığı, ailə səadəti və gələcək həyatlarında uğurlar arzulayıb.

Uzun illər Şərur rayonunda rabitə sahəsində çalışan Ərəstun Hüseynov çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Sonda təqaüdə yola salınan əməkdaşlara Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzinin təşəkkürnamələri təqdim olunub.

ADSL və GPON